06 mart 2024, 13:22

Aydın İsmayılovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Suveren ölkəmizin bütün ərazisində keçirilmiş prezident seçkilərində mütləq səs çoxluğu ilə qalib gəlməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Siz möhtəşəm qələbələrə imza atan, ölkəmizi tərəqqi yolunda inamla irəliyə aparan, xalqın rifahının yaxşılaşmasını daim diqqətdə saxlayan əvəzolunmaz Liderimizsiniz. Azərbaycana böyük uğurlar qazandırdığınıza görə Sizə minnətdaram.

Sizin müdrik siyasətiniz, qətiyyətiniz, mahir sərkərdəlik qabiliyyətiniz sayəsində Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 24 saatdan az bir müddətdə keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Siz xalqımızın ən böyük arzusunu reallaşdırdınız, Ümummilli Liderimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir, Ulu Öndərin və şəhidlərimizin ruhu şaddır.

Cənab Prezident, xalq Sizə inanır, güvənir, həyata keçirdiyiniz daxili və xarici siyasəti, islahatları, irəli sürdüyünüz təşəbbüsləri dəstəkləyir və Sizin rəhbərliyinizlə zəfərlərin, nailiyyətlərin davamlı olacağına əmindir.

Sizə çətin və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən

Aydın Cəlal oğlu İsmayılov

Azərbaycan Respublikası, Bakı şəhəri