06 mart 2024, 14:09

Salyanın Sarvan kəndinin sakinlərindən, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu seçkinin nəticələri Azərbaycan xalqının Sizə olan inamını və etimadını əks etdirir. Siyasi iradəniz, qətiyyətiniz, uzaqgörənliyiniz və mükəmməl liderliyiniz sayəsində xalqımıza qələbə sevinci bəxş edərək ölkəmizin ərazi bütövlüyünü təmin etməklə, Azərbaycanın gələcək inkişafı üçün daha geniş üfüqlər açdınız və haqlı olaraq ümumxalq məhəbbətinə layiqsiniz.

Bu seçkilər Sizin ölkə vətəndaşları arasında danılmaz nüfuzunuzu, əvəzolunmaz liderliyinizi bir daha sübut etdi. Xalqımız Sizə dövlətin taleyini və öz gələcəyini etibar edir. Seçkilərdəki möhtəşəm qələbəniz Sizin güclü, təcrübəli dövlət xadimi, uzaqgörən, müdrik siyasətçi olmağınızın parlaq təsdiqidir.

Möhtərəm cənab Prezident, seçkilərdəki qalibiyyətiniz münasibətilə bir daha Sizi səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük nailiyyətlər və uğurlar arzu edirik.

Hörmətlə,

Rasət Hidayət oğlu Bağırov,

Vidadi Əlipaşa oğlu Rəhimov,

Cəmilə Zabit qızı Həziyeva,

Təbriz Rasət oğlu İsmayılov,

Camaləddin Əmir oğlu Camalov və başqaları (66 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.