07 mart 2024, 13:07

Arif Əsgərovdan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində Sizi qəlbən sevən hər bir Azərbaycan vətəndaşının ürəkdən gələn sevgisi ilə əldə etdiyiniz inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Arzu edirik ki, başladığınız hər bir işi qələbə ilə yekunlaşdırdığınız kimi bundan sonra nəzərdə tutduğunuz bütün məsələləri də möhtəşəm qələbələrlə başa çatdırasınız.

Biz fəxr edirik ki, bütöv, suveren Azərbaycanın vətəndaşlarıyıq və bizim Sizin kimi dünyanın siyasi arenasında öz xüsusi çəkisi olan bir Prezidentimiz var.

Allah Sizi qorusun!

Hörmətlə,

Əsgərov Arif, “Zaqatala Bazar" ASC-nin direktoru

Azərbaycan Respublikası, Zaqatala rayonu, Göyəm kəndi