07 mart 2024, 13:33

Zaur Kərimovdan, Neftçala, Azərbaycan

Hörmətii cənab Prezident,

Siz fevralın 7-də Azərbaycanın yeni əsrdə yeni Lideri kimi seçkilərdə qələbə qazanaraq növbəti müddətə Prezident seçildiniz.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız bu seçkilərdə də bu siyasətin layiqli davamçısı kimi Sizi dəstəklədi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.

Cənab Prezident,

Sizi seçkilərdə inamlı qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə Prezidentlik fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Kərimov Zaur Bəxtiyar oğlu

Azərbaycan Respublikası, Neftçala rayonu