07 mart 2024, 13:20

Vahid Vahabovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailəm adından təbrik edirəm.

Siz, Ulu Öndər Heydər Əliyevin ata vəsiyyətini sədaqətlə yerinə yetirərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdiniz. Bu tarixi, şərəfli missiyanı tamamladınız. Bu gün doğma Qarabağımızda aparılan bərpa-quruculuq işləri hər bir azərbaycanlı kimi məni də qürurlandırır. Həmişə var olasınız!

Cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Vahid Vahabov.

Azərbaycan Respublikası, Şəki şəhəri.