07 mart 2024, 16:20

Vidadi Fətullayevdən, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Zəfər seçkisində böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərin parlaq nəticəsi xalqımızın Sizə olan hədsiz ehtiramını və güvənini təcəssüm etdirir. Siz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə ümumxalq məhəbbəti qazanmısınız. Həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq səviyyədə böyük nüfuza sahibsiniz. Biz xalq olaraq bütün bunlarla fəxr edirik.

Sizi səmimi-qəlbdən bir daha təbrik edir, böyük nailiyyətlər və uğurlar diləyirəm.

Hörmətlə,

Vidadi Fətullayev

Azərbaycan Respublikası, Saatlı şəhəri.