07 mart 2024, 11:25

Feyzi Məmmədovdan, Salyan, Azərbaycan

Hörmətii cənab Prezident,

Tariximizə ən parlaq Qələbəni Siz yazdınız, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydunuz. Siz xalqın sevdiyi və xalqını sevən müdrik bir rəhbər, qətiyyətli bir Lidersiniz.

Siz hamıya, xüsusən həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğı göstərir, bu qayğını təkcə vəzifə borcu yox, həm də şərəf sayırsınız. Sizin bu səmimi münasibətiniz insanlarda doğmalıq yaradır.

Xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçkisində uğurlu qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Hörmətlə,

Məmmədov Feyzi

Azərbaycan Respublikası, Salyan rayonu