07 mart 2024, 11:37

Coşqun Əliyevdən, Saatlı, Azərbaycan

Hörmətii cənab Prezident,

Siz 44 günlük Vətən müharibəsində qazandığınız Zəfərlə adınızı tarixə qalib Lider, torpaqlarımızın xilaskarı kimi yazdınız.

Siz hər zaman əsas amalınızı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan edirdiniz. Buna nail olmaq üçün bütün sahələri inkişaf etdirdiniz, Ordumuzu gücləndirdiniz, Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etdiniz.
Sizin sayənizdə xalqımız qalib oldu. Ona görə də bu seçkilər xalqımız üçün zəfər seçkisi idi.

Sizi seçkilərdə qazandığınız qələbə münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.

Var olun, qalib xalqın qalib Lideri.

Hörmətlə,

Əliyev Coşqun Məmməd oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu