07 mart 2024, 11:50

İlya Həsənovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə kənd sakinləri adından təbrik edirik.

Xalqımız 7 fevralda xoşbəxt gələcəyə və firavan həyata səs verdi. Qalib Xalqın Qalib Liderinə eşq olsun!

Sizin 44 günlük Vətən müharibəsi dövründə verdiyiniz düzgün əmrlər, mükəmməl döyüş taktikası və uzaqgörən siyasətiniz nəticəsində otuz il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad olundu. Siz təkcə Ermənistanla mübarizə aparmadınız, onların havadarlarını da susdurmağı bacardınız. Sizinlə qürur duyuruq.

Cənab Prezident, Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Həsənov İlya Cəlil oğlu.

Azərbaycan Respublikası, Şəki rayonu, Bolludərə kəndi.