07 mart 2024, 12:15

Cavid Nuraliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi bir seçici kimi, bir Azərbaycan vətəndaşı kimi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik. Biz, Sizə inanırıq və güvənirik. İnamımız sonsuzdur.

Cənab Prezident, Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində ölkəmiz gündən-günə güclənir. Siz, bütün dünyaya sübut etdiniz ki, xalq Sizi dəstəkləyir. Sizinlə fəxr edirik. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Hörmətlə,

Nuraliyev Cavid Ağabəy oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.