07 mart 2024, 12:54

Zaur Həziyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Siz hər bir Azərbaycan vətəndaşının qayğıkeş Prezidentisiniz. Sizin humanistliyiniz, mərdliyiniz, sözünüzə sadiqliyiniz, qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün göstərdiyiniz əzmkarlıq, qətiyyət hər bir vətəndaşımızda qürur doğurur.

Siz illərdir düşmən tapdağı altında qalmış əzəli torpaqlarımızı işğaldan azad etməklə adınızı tariximizə qızıl hərflərlə yazdınız. Mənfur düşmənin xarabazara çevirdiyi şəhər, qəsəbə və kəndləri yenidən bərpa edirsiniz, uzun illər yurd həsrəti ilə yaşayan soydaşlarımız bu gün böyük sevinc hissi ilə Qarabağa qayıdaraq orada yaşayırlar. Bütün bunlar Sizin nə qədər güclü, qüdrətli bir Lider olduğunu göstərir.

Allah Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya qəni-qəni rəhmət eləsin ki, onlar Azərbaycan xalqına Sizin kimi mərd oğul, müdrik Prezident bəxş ediblər. Siz bizim əbədi qəhrəmanımızsınız. Sizinlə fəxr edirik.

Cənab Prezident, Sizə Uca Allahdan möhkəm cansağlığı, ölkəmizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Ədliyyə Nazirliyinin Umbakı penitensiar kompleksindən

Zaur Sevindik oğlu Həziyev

Azərbaycan Respublikası, Bakı şəhəri