07 mart 2024, 14:12

Bəhrəm Nəcəfovdan, Qubadlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin sayənizdə Azərbaycan artıq öz tarixi haqqının sahibidir. Siz, xalqımız üçün elə böyük işlər görmüsünüz ki, səsi-sorağı, sədası bütün əsrlər boyu duyulacaqdır. Elə buna görə də xalqımızın öz əziz Prezidentinə etimadı sonsuzdur. Var olun!

Cənab Prezident, Sizə möhkəm cansağlığı arzu edir, dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

Nəcəfov Bəhrəm Bahadur oğlu.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Balahəsənli kəndi.