07 mart 2024, 14:25

Nahid Aslansoydan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi seçkilərdəki möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm. Siz qalib gəldiniz!

Siz xalqımızın qəlbində Türk Dünyasının Milli Qəhrəmanısınız. Bu qələbə Sizinlə xalq arasında olan böyük hörmət, ehtiram və güvənin nəticəsidir. Siz 20 illik fəaliyyətinizlə dövlətimizi dünyada böyük nüfuz və söz sahibinə çevirib, bir çoxlarını Sizinlə hesablaşmağa məcbur etdiniz. Siz 50 milyonluq azərbaycanlının 30 illik Qarabağ həsrətinə 44 gündə elə bir ustalıqla son qoydunuz ki, bu, tarix boyu unudulmayacaq.

Hörmətlə,

Nahid Aslansoy

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.