07 mart 2024, 14:38

Qurban Rəcəbovdan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zaqatala rayon sakinləri adından səmimi-qəlbdən təbrik edirəm. Xalqımız düzgün qərar verərək Sizi seçdi.

Ulu Öndərin amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etmək idi. Çünki bütün ömrünü Azərbaycana həsr etmiş Heydər Əliyev üçün ərazi bütövlüyünün bərpa olunması, Qarabağın düşmən tapdağından azad edilməsi ən müqəddəs amal idi. Siz, bu amalı gerçəkləşdirərək işğaldan azad edilmiş ərazilərin bərpası və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirirsiniz. Ümummilli Liderin canı qədər sevdiyi doğma Vətəni onun müəyyənləşdirdiyi strateji xətt üzrə öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır.

Cənab Prezident, Sizə cansağlığı, uzun ömür, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Rəcəbov Qurban İbrahim oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Uzuntala kəndi.