07 mart 2024, 14:51

Südabə Məmmədovadan, Şəki, Azərbaycan

Möhtərəm Prezident!

Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbəniz münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə ehtiramımı və hörmətimi bildirir, möhkəm cansağlığı və yeni uğurlar arzu edirəm.

Müasir Azərbaycan gəncliyi çox şanslıdır. Çünki, onların yaxşı təhsil almaları və uğurlu karyera qurmaları üçün ölkəmizdə əlverişli şərait yaradılmışdır. Gənclər bu fürsətdən istifadə edərək cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir.

Cənab Prezident, biz gənclərin qayğısına qaldığınıza və inkişafımız üçün lazımi şərait yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Südabə Məmmədova

Azərbaycan Respublikası, Şəki şəhəri.