07 mart 2024, 15:04

Rəfi Əhmədlidən, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqımız düzgün seçim edərək yenidən güclü dövlətə, parlaq gələcəyə, sürətli inkişafa, əmin-amanlığa, rifaha səs verdi.

Seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi, üçrəngli bayrağımızın düşmən tapdağından azad edilmiş torpaqlarımızda dalğalanması bizi qürurlandırır. Qürurlu xalq qalib Lideri ilə fəxr edir!

Hörmətli cənab Prezident, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Azərbaycanın gələcək uğurlarının təminatçısı müdrik Prezidentimizlə – Sizinlə qürur duyuruq!

Hörmətlə,

Rəfi Əhməd oğlu Əhmədli

Azərbaycan Respublikası, Goranboy rayonu, Şadılı kəndi.