07 mart 2024, 15:17

Çingiz Rəhmanovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Fevralın 7-də böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikası vətəndaşlarının etimadını qazanaraq Prezident seçilməyiniz münasibətilə ailə üzvlərim adından Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar, sosial siyasət, ordu quruculuğu ölkəmizin inkişafının əsas istiqamətidir. Əminəm ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sayəsində Vətənimiz daha da güclənəcək, daha da qüdrətli dövlətə çevriləcək, xalqımız aydın səma altında daha da yaxşı yaşayacaq.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Uca Allahın nəzəri daim üzərinizdə olsun.

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Çingiz Məmməd oğlu Rəhmanov

Azərbaycan Respublikası, Astara şəhəri.