07 mart 2024, 15:30

Ruslan Əmrahovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bir sıravi vətəndaş kimi bildirmək istəyirəm ki, Siz bizim ürəyimizdəsiniz. Siz bizim qürur duyduğumuz, fəxr etdiyimiz Azərbaycanın ən yeni tarixini zəfərlə yazan Müzəffər Ali Baş Komandanımızsınız.

Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz hər zaman Sizinləyik. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi bütün dünya üçün bir nümunədir.

Allah Sizi və ailənizi qorusun. Allah Azərbaycanı qorusun.

Hörmətlə,

Ruslan Əmrahov

Azərbaycan Respublikası, Şamaxı rayonu, Çuxuryurd kəndi.