07 mart 2024, 16:47

Nizami İmanovdan, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müdrik siyasətiniz sayəsində xalqımız 30 illik Qarabağ həsrətinə son qoyuldu. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Xankəndidə Sizin səsvermə görüntünüzü sevinc və qürur hissi ilə izlədik.

Sizin sayənizdə qazandığımız tarixi Zəfərdən sonra xalqımız hər ilini qəhrəmanlıq dastanı kimi yaşayır. Artıq məcburi köçkün statusundan qurtulmuş soydaşlarımız ös doğma yuvalarına qayıdır, Qarabağımız dirçəlir.

Siz vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox inqilabi islahatların müəllifisiniz. Qarabağda görülən işlərin də miqyası möcüzəvidir.

Cənab Prezident, Sizi bu inamlı qələbəniz münasibətilə qəsəbəmizin sakinləri adından təbrik edirəm. Allah Sizi qorusun!

Hörmətlə,

İmanov Nizami

Azərbaycan Respublikası, Daşkəsən rayonu