07 mart 2024, 18:20

Tamara Həsənovadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan uğurlu gənclər siyasəti yeni nəslin inkişafına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda biz gənclərdə vətənpərvərlik ruhunu gücləndirmişdir.

Uzaqgörən müdrik siyasətiniz və xalqımızın Sizə olan inamı sayəsində Azərbaycan gənci hər zaman qəlbində Vətən sevgisini böyüdərək tarixi zəfərlərə nail oldu. Siz gənclərə güclü, qalib Azərbaycan bəxş etdiniz. Əminəm ki, Azərbaycan gəncləri Sizin rəhbərliyinizlə bundan sonra da bütün sahələrdə yeni-yeni nəaliyyətlər əldə edəcək, uğurlar qazanacaqdır.

Hörmətli cənab Prezident, Naftalan gəncləri adından Sizi bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Tamara Əziz qızı Həsənova

Azərbaycan Respublikası, Naftalan şəhəri.