09 mart 2024, 09:20

Pərixanım Şabanovadan, Zaqatala, Azərbaycan

Hörmətli cənab İlham Əliyev.

Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Hakimiyyətdə olduğunuz 20 il ərzində müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyünüz işlər öz müsbət nəticələrini verdi. "Dəmir yumruq" əməliyyatı ilə 44 günlük tarixi qələbənizlə ölkənin ərazi bütövlüyünü təmin etdiniz, qalib xalqın qalib Sərkərdəsi kimi tarixə öz imzanızı atdınız. Xalqa göstərdiyiniz qayğını hər zaman hiss edən hər bir Azərbaycan vətəndaşı Sizin prezident seçkilərində yenidən inamlk qələbə qazanmağınızda birlik olmuş və dəstəyini əsirgəməmişdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Şabanova Pərixanım Hənifə qızı,

Əməkdar müəllim

Azərbaycan Respublikası, Zaqatala şəhəri.