09 mart 2024, 09:33

Vəfa Əbilovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Müstəqillik dövründə, ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə xoşbəxtliyi arzulayıram.

Prezident seçkilərinin nəticələri xalqın Sizə olan yüksək inamını və etimadını bir daha əks etdirir. İnanırıq ki, Siz xalqımıza qarşıdan gələn illərdə də böyük qələbələr və uğurlar bəxş edəcəksiniz.

Sizin hər uğurunuz bizi sevindirir və gələcəyə daha da ümidləndirir.

Hörmətlə,

Vəfa Əbilova

Azərbaycan Respublikası, Salyan şəhəri.