09 mart 2024, 09:50

Hətəm Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərlik etdiyiniz dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Belə ki, bu dövrdə Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində özünün olduqca təsirli rolunu və yerini müəyyənləşdirdi. Sizin və ölkəmizin uğurlarının əsasında Ulu Öndər Heydər Əliyev ideyaları dayanır. Bu ideyalara sadiqlik, Sizin Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməyiniz nəticəsində bugünkü uğurlarımıza çatmışıq. Siz, hər bir azərbaycanlının layiqli Lideri və Prezidenti oldunuz.

Ümummilli Lider Heydər Əliyevin tarixi kəlamı yada düşür: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Bu çətin və şərəfli missiyanı Siz qətiyyət və ləyaqətlə davam etdirirsiniz.

Cənab Prezident, Allah Sizi bu dövlətin və xalqın başının üzərindən əskik etməsin! Yaxşı ki, varsınız! Sizə uzun ömür, cansağlığı, şərəfli və məsuliyyətli vəzifənizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynov Hətəm Aydın oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.