09 mart 2024, 10:05

Arif Əzimovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz çiyninizə düşən böyük məsuliyyəti, müqəddəs missiyanı uğurla başa çatdırdınız. Siz peşəkar siyasətçi kimi erməni havadarlarının təzyiqlərinə sinə gərdiniz, illərlə torpaqlarımızın işğalına susan dövlətlərə layiqli cavab verdiniz.

Göstərdiyiniz qətiyyətə və təmkinə, hər zaman xalqımızı ruhlandıran çıxışlarınıza görə Sizə minnətdarlığımız bildiririk.

Şükürlər olsun ki, qələbəni bizə bəxş edən Ali Baş Komandan “Dəmir yumruqla” yeni öz yerində - Prezident kürsüsündədir. Qazanılmış bu qələbəyə görə hamının gözü aydın olsun.

Biz həmişə Sizinləyik.

Hörmətlə,

Əzimov Arif Yaqub oğlu

Azərbaycan Respublikası, Şəki rayonu, Zəyzid kəndi