09 mart 2024, 10:35

Vahid Fətəliyevdən, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən ölkə başçısı seçilməyiniz münasibətilə ailəm adından səmimi-qəlbdən təbrik edirəm.

Siz, Qarabağ nisgilini ürəyimizdən sildiniz, bizi göylərə qaldırdınız. Şəhid ailələrinin qarşısında baş əyirəm. Sizin son iyirmi il ərzində gördüyünüz titanik işlər ölkəmizi zirvələrə qaldırdı. Məqsədyönlü siyasətiniz nəticəsində dövlətimizin nüfuzu artdı.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Fətəliyev Vahid Təhməz oğlu.

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.