09 mart 2024, 10:51

Yadulla Mehdiyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da güclənəcək, xalqımız yenə əmin-amanlıq içərisində yaşayacaqdır.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və firavan həyatı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Mehdiyev Yadulla Ağa oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.