09 mart 2024, 11:08

Nobat Maniyevadan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən ölkə başçısı seçilməyiniz münasibətilə Sizi ailəmiz adından təbrik edirəm. Xalqın iradəsini əks etdirən prezident seçkiləri eyni zamanda xalqın Sizə olan rəğbətini, inamını, etimadını bir daha nümayiş etdirdi.

Siz müdrik Prezident kimi dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edərək, milli tariximizə şanlı səhifələr yazdınız, bizə Qələbə bəxş etdiniz. Uzun illər işğal altında qalmış torpaqlarımız Ali Baş Komandanlığınızla güclü Ordumuz sayəsində düşməndən azad edildi. Xalqımız Sizinlə fəxr edir! Sizin də dediyiniz kimi: “Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır”.

Möhtərəm cənab Prezident, bir daha Sizi qələbəniz münasibətilə təbrik edir, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Nobat Ulduz qızı Maniyeva

Azərbaycan Respublikası, Şamaxı rayonu, Əhmədli kəndi.