09 mart 2024, 11:23

Pakizə Həmidovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin varlığınız Azərbaycan xalqının işıqlı və aydın sabahlarının qarantıdır. Siz bizə Ulu Tanrının əvəzsiz bəxşisiniz və xilaskarımızsız. Məhz Sizin sayənizdə doğma torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. İnanırıq ki, bundan sonra da xalqımızın rifah halının yaxşılaşması, ölkəmizin iqtisadi inkişafı istiqamətində məqsədyönlü fəaliyyətiniz öz müsbət nəticələrini verəcək, xalqımız şad-xürrəm yaşayacaqdır.

Sizi növbəti dəfə yüksək səs çoxluğu ilə prezident seçiklərində qalib gəlməyiniz münasibəti ilə təbrik edirik.

Birliyimiz daha möhkəm, uğurlarımız bol olsun!

Hörmətlə,

Pakizə Həmidova,

şəhid anası

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi.