09 mart 2024, 11:40

Nəsibə Mustafazadədən, Bakı, Azərbaycan

Əziz Prezident,

Sizi prezident seçkilərində qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm. Siz ölkəmiz və xalqımız üçün böyük işlər görmüsünüz. Sizin sayənizdə Azərbaycan inkişaf edib, insanların həyat səviyyəsi yaxşılaşıb.
Çox sevinirəm ki, Sizin kimi Prezidentimiz var. Siz Qarabağı işğaldan azad etməklə xalqımızın ən böyük arzusunu həyata keçirmisiniz. Azərbaycan xalqı Sizi sevir, Sizə inanır.

Sizə və ailənizə cansağlığı, ölkəmiz və xalqımız üçün gördüyünüz işlərdə uğurlar arzulayıram. Allah Sizi var eləsin!

Hörmətlə,

Nəsibə Mustafazadə

şagird

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu