09 mart 2024, 12:00

Aynur Vahabovadan, Şəki, Azərbaycan

Möhtərəm Prezident,

Sizin nailiyyətləriniz, uğurlarınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılır, xalqımızın yaddaşına əbədi həkk olunur. Xalqı ətrafında sıx birləşdirdiyiniz “dəmir yumruq”la düşmənin başını əzərək torpaqlarımızın azadlığına nail oldunuz, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiniz. Tam suveren və qalib ölkənin vətəndaşı olmaq çox hissdir. Bu hissləri bizə yaşatdığınız üçün çox sağ olun.

Ötən ay keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, yeni qələbələr arzulayıram.

Hörmətlə,

Aynur Vahabova

Azərbaycan Respublikası, Şəki şəhəri.