09 mart 2024, 12:21

Tahir Hacıyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır. Bizə bu sevinci yaşatdığınız üçün Sizə təşəkkür edirəm.

Siz, Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdınız. Sizin 20 illik hakimiyyətiniz müddətində ölkəmiz böyük inkişaf yolu keçmiş, iri iqtisadi layihələr reallaşdırılaraq regionun lider dövlətinə çevrilmişdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə müvəffəqiyyətlər arzulayıram. Biz daima Sizinləyik!

Hörmətlə,

Qəbələ rayonu Bum qəsəbəsinin ağsaqqalları adından:

Hacıyev Tahir İbrahim oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Bum qəsəbəsi.