09 mart 2024, 12:42

Əli Hüseynovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 7 fevralda daha bir tarix yazıldı və ilk dəfə olaraq prezident seçkiləri bütöv Azərbaycanda keçirildi.

Sizin rəhbərliyinizlə Vətənimiz Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Qələbə bütün xalqımız kimi məni də sevindirir. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. 44 günlük Vətən müharibəsində bütün dünya Sizin uzaqgörən siyasətçi, möhtəşəm diplomat, qətiyyətli dövlət başçısı olduğunuzu bir daha gördü.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynov Əli Əzulla oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Gomuşçu kəndi.