09 mart 2024, 13:00

Rasim Baxşəliyevdən, Bakı, Azərbaycan

Salam, əziz İlham Heydər oğlu Əliyev!

Ulu Öndər Heydər Əliyevin və Sizin siyasətinizi dəstəkləyən bir vətəndaş kimi özümün, ailəmin və əslən bağlı olduğum Qarakilsə rayonu Comərdli kəndinin sakinləri adından xalqımızın mütləq səs çoxluğu ilə yenidən Azərbaycanımıza prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Tam əminəm ki, xalqımızın və dövlətçiliyimizin xoşbəxt və qüdrətli gələcəyi uğrunda başladığınız dayanıqlı inkişaf yolunu daha israrla və əzmlə davam etdirəcəksiniz. Bu yolda Uca Yaradan yar və yardımçınız olsun. Amin!

Hörmətlə,

Rasim Baxşəliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.