09 mart 2024, 13:23

Vahid Qafarovdan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident!

Sizi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərin nəticələri bir daha göstərdi ki, xalqımızın Sizə olan inamı, güvəni tamdır.

Siz hər zaman xalqımızın başını uca etdiniz. Allah da həmişə Sizi uca etsin!

Sizin səfərlərinizi izləyərkən məğrur duruşunuzu görəndə böyük qürur hissi keçirirəm.

Cənab Prezident, Sizə cansağlığı, uzun ömür, növbəti prezidentliyiniz dövründə yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram.

Hörmətlə,

Qafarov Vahid Rövşən oğlu

Türkiyə Respublikası, İstanbul şəhəri