09 mart 2024, 13:45

Məhəmməd Ağazadədən, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Suverenliyimizin rəmzi olan Dövlət Bayrağımız işğaldan azad edilmiş tarixi torpaqlarımızda qürurla dalğalanır.

Biz Sizin sayənizdə aydın səma altında xoşbəxt yaşayırıq. Həyatda layiqli yer tuta bilməyimiz, faydalı vətəndaş olmağımız üçün rahat təhsil alır, gələcəkdə dövlətimizə xidmət göstərmək üçün hər bir şəraitlə təmin olunuruq.

Qazandığınız böyük və layiqli qələbəyə görə Sizi bir daha təbrik edir, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Uğurlarınız bol olsun!

Hörmətlə,

Məhəmməd Ağazadə, 8-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Bərdə şəhəri.