09 mart 2024, 14:10

Sədrəddin Dünyamalıyevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində yüksək səs çoxluğu ilə qələbə qazanmağınız münasibətilə ailəm adından təbrik edirəm. Bu seçkilərin əsas fərqi və əhəmiyyəti ondan ibarət idi ki, bütöv Vətənimizdə keçirilirdi.

Cənab Prezident, 44 günlük Vətən müharibəsi dövründə Siz öz mətinliyiniz, qətiyyətiniz sayəsində torpaqlarımızın düşmən tapdağından qurtulması məqsədilə xalqımızı “yumruq” kimi birləşdirməyə nail oldunuz. Sizinlə fəxr edir və qürur duyuruq. Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı, uğurlar arzulayırıq.

Hörmətlə,

Dünyamalıyev Sədrəddin Oruc oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Həsənli kəndi.