11 mart 2024, 09:10

Elnur Şirvanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm.

Qalib Ali Baş Komandan, mən Sizin seçiciniz oldum, Sizə səs verdim. Bununla mən Azərbaycanın uğurlu gələcəyinə səs verdim.

Sizin rəhbərliyiniz dövründə ölkəmiz sosial-iqtisadi inkişafa, xalqın rifahının yüksəldilməsinə nail olmuşdur. İnanırıq ki, siyasi kursunuzla irəliləyən Azərbaycan qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcəkdir.

Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Siz bütün Azərbaycanın fəxrisiniz. Bir daha Sizi təbrik edirəm.

Hörmətlə,

Elnur Şirvanov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.