11 mart 2024, 09:25

Kamil Saadovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Ölkəmizdə keçirilən prezident seçkilərində qalib gələrək, yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Gələcək günlərinizdə Sizə möhkəm can sağlığı və böyük uğurlar diləyirəm.

Sizin yenidən Prezident seçilməyiniz xalqın mütləq əksəriyəti kimi, məni də çox sevindirdi. Siz ümumxalq məhəbbəti qazanmış Lidersiniz. Gördüyünüz işlər Azərbaycana uğur gətirir, xalqımızın sevincinə səbəb olur. Torpaqlarımız işğaldan azad edildiyi üçün indi başımız uca, alnımız açıqdır.

Sizinlə fəxr edirik, cənab Prezident.

Yaşasın, İlham Əliyev!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Kamil Saadov

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.