11 mart 2024, 09:50

Təhsin İbrahimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm.

Ali Baş Komandanlığınız altında şanlı Ordumuzun işğal altındakı tarixi torpaqlarımızı düşməndən azad etməsi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi xalqımızın çoxdankı arzusu idi. Bu arzumuzu biz Sizinlə birlikdə həyata keçirdik.

Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söylədiyiniz bu sözlər bizi bir daha qürurlandırdı: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Möhtərəm cənab Prezident, Sizin müdrik siyasətiniz dövlətimizə və xalqımıza qələbələr, zəfərlər, uğurlar bəxş edir. Hər bir azərbaycanlı Sizinlə qürur duyur! Sizi qələbəniz münasibətilə bir daha təbrik edir, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Hörmətlə,

Təhsin Mahmud oğlu İbrahimov, İkinci Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.