11 mart 2024, 10:20

Rövşən Ağayevdən, Saatlı, Azərbaycan

Cənab Prezident!

Mən, İkinci Qarabağ müharibəsi qazisiyəm. Torpaqlarımızın azadlığı uğrunda vuruşduğuma, Müzəffər Ali Baş Komandanın və Müzəffər Ordunun zabiti olduğuma görə özümü çox xoşbəxt hesab edirəm. Ordumuzda olan əhval-ruhiyə çox yüksək səviyyədədir.

Əziz Prezidentimiz, xalqın böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə həyatda uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və daim uğurlar arzulayıram.

Hörmətlə,

Rövşən Ağayev,

İkinci Qarabağ müharibəsi qazısı, 3-cü qrup əlil

Azərbaycan Respublikası, Saatlı rayonu, Mollavaizli kəndi.