11 mart 2024, 10:38

Rasət İsmayılovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu gün xalqımız tarixi Zəfərin qürurunu yaşayır. Bu şanlı Qələbəmizlə min illərə söykənən tariximizdə hər sətiri qızıl hərflərlə yazılan yeni səhifə yaratdınız. Gücümüzü bütün dünyaya nümayiş etdirdiniz. 30 ilə yaxındır azadlıq həsrəti ilə çırpınan Qarabağımızda qaldırdığınız Zəfər bayrağı bizim hər birimizin qürur mənbəyidir.

Cənab Prezident, Sizə həyatda ən şirin nemət olan cansağlığı arzulayır, uzaqgörən və məqsədyönlü addımlarınızda uğurlar, güc və qüvvət diləyirəm.

Hörmətlə,

İsmayılov Rasət Əşrəf oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.