11 mart 2024, 11:25

Salman Əlidən, İmişli, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz,

Sizi növbəti dəfə Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Çox sevinirəm ki, Sizin kimi müdrik rəhbərimiz var.

Siz Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirərək ölkəmizə çox nailiyyətlər qazandırmış, xalqımıza böyük xoşbəxtlik bəxş etmisiniz. Bu gün Ulu Öndərimizin ruhu şaddır, çünki Siz torpaqlarımızı işğaldan azad etməklə onun vəsiyyətini yerinə yetirmisiniz, Azərbaycanı daha da gücləndirmisiniz, nüfuzunu artırmısınız.

Hörmətli Prezident, Siz xalqımızın fəxri və qürurusunuz. Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Salman Elvin oğlu Əli

şagird

Azərbaycan Respublikası, İmişli rayonu