11 mart 2024, 11:00

İnarə Hacıyevadan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Tarixi torpaqlarımızın düşmən əsarətindən azad edilməsi Sizin Ali Baş Komandan olaraq sərkərdəlik qabiliyyətinizin nəticəsidir. Müdrik siyasətiniz Azərbaycanın qalib dövlət kimi dünya ölkələri arasında layiqli yer tutmasına səbəb olmuşdur.

Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövr dövlətimizin qızıl dövrü kimi tarixə əbədi həkk olunur. Sizin dövlət başçısı kimi apardığınız uğurlu siyasət indiki və gələcək nəsillər üçün örnəkdir. O örnək ki, bütün liderlik keyfiyyətlərini, siyasətçi xarizmasını, xalq və dövlət sevgisini özündə təcəssüm etdirir.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, uzun ömür, Azərbaycanımızın daha da qüdrətlənməsi və xalqımızın rifahının daha da yaxşılaşması naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Hörmətlə,

İnarə Tofiq qızı Hacıyeva

Azərbaycan Respublikası, Şəki şəhəri.