11 mart 2024, 11:50

Əkrəm Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən ölkə başçısı seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

1990-cı il fevralın ilk günlərində Ulu Öndərlə Naxçıvandakı görüşün təəssüratları bu gün də mənimlədir. Söhbət əsnasında onun dilə gətirdiyi istək və arzuları bu gün Siz ləyaqət və cəsarətlə həyata keçirirsiniz. Adınız qızıl hərflərlə Azərbaycan tarixinə yazıldı. Belə bir mürəkkəb vaxtda ölkəmizi zirvələrə qaldırırsınız.

44 günlük Vətən müharibəsində apardığımız hərbi əməliyyatlar bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. İnanırıq ki, bundan sonra da ölkəmiz Azərbaycan üçün gördüyünüz işlər dünya ölkələrini heyrətə gətirəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, son dərəcə məsuliyyətli və gərgin işinizdə yüksək əzmkarlıq və müvəffəqiyyətlər diləyirəm.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədov Əkrəm Qaflan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.