11 mart 2024, 12:15

Svetlana Həsənovadan, Şəmkir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz suveren, azad, qalib ölkənin dəmir yumruqlu Ali Baş Komandanı, Ulu Öndərin layiqli davamçısısınız.

Sizi növbədənkənar zəfər seçkilərində qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Allah Sizi ölkəmizin, xalqımızın, ailənizin başı üzərindən əskik etməsin.

Siz qalib xalqın arzularını, Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyinizə görə Sizə çox minnətdarıq. Qalib ölkənin vətəndaşı olmaqla fəxr edirəm.

Siz həyata keçirdiyiniz işlərlə adınızı tarixə qızıl hərflərlə yazdınız. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,

Həsənova Svetlana

Azərbaycan Respublikası, Şəmkir rayonu