11 mart 2024, 13:07

Əliyar Faxtiyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Qalib xalqımız qalib Liderini seçdi, Azərbaycan xalqı öz seçimini etdi. Xalqımız torpaqları işğaldan azad edən, milli qürurumuzu özümüzə qaytaran, bizə Zəfər sevincini, unudulmaz Qələbəni bəxş edən milli Lideri Prezident seçdi.

Siz 20 illik fəaliyyətiniz dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişsiniz. Bu dövrün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.
Cənab Ali Baş Komandan, Sizi ailəmizin üzvləri adından təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji arzulayırıq.

Hörmətlə,

Faxtiyev Əliyar İmran oğlu

Azərbaycan Respublikası, İsmayılli rayonu, Kəmərqaya kəndi