11 mart 2024, 13:55

Gündüz Namazovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident,

Qalib xalqın qalib Lideri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək xalqımızın ən mühüm problemini həll etdiniz, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdiniz. Məhz buna görə Siz bütün suveren ərazilərimizi əhatə edən seçkilərdə böyük səs çoxluğu ilə yenidən dövlət başçısı seçildiniz. Bununla da xalqımız Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasətinizə öz layiqli qiymətini verdi. Müxtəlif sahələrdə əldə edilən mühüm nailiyyətlər müdrik dövlət başçısı kimi Sizin siyasi iradənizin göstəricisidir.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram!

Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Gündüz Yaqub oğlu Namazov

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.