11 mart 2024, 17:46

Mina Mahmudovadan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müdrik siyasətinizin, qətiyyətli mövqeyinizin və Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanır. Suverenliyimizin bərpası tarixi hadisədir və bizdə hədsiz qürur hissi doğurur.

Bu gün Sizin rəhbərliyinizlə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.

Əminik ki, fəaliyyətinizin yeni dövründə Qarabağı cənnətə döndərəcəksiniz.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi təbrik edir, cansağlığı və uğurlar arzulayıram. Sizin rəhbərlik etdiyiniz ölkədə yaşamaq böyük şərəfdir.

Hörmətlə,

Mahmudova Mina Ramazan qızı

Azərbaycan Respublikası, Zaqatala rayonu, Kebeloba kəndi