09 mart 2024, 10:42

Rauf Nəzərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, Vətən müharibəsi qazisiyəm. “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişəm.

Cənab Prezident, biz qazilər fəxr edirik ki, Sizin kimi tarixi sərkərdənin komandanlığı altında tarixi torpaqlarımızı düşmən tapdağından azad edərək, “dəmir yumruğ”unuzun bir parçası olduq.

Siz, Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətinin həyata keçməsinə və dövlətimizin dilbər guşəsi olan Qarabağın tam azad olunmasına nail olmuş tarixi şəxsiyyət kimi daima Azərbaycan xalqının yaddaşında qalacaqsınız. Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq qalib olmağınız Qarabağ uğrunda apardığınız mübarizədə əldə etdiyiniz qələbənin davamı olmuşdur. Nəsimi rayonunun qaziləri olaraq Sizə dəstəyimizi ifadə edirik.

Cənab Prezident, Sizə bundan sonra da Azərbaycan xalqının rifahı naminə görəcəyiniz işlərdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Nəzərov Rauf Vəzir oğlu, Vətən müharibəsi qazisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.