09 mart 2024, 12:31

Sevinc Abbasovadan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə şəhid anaları, şəhid xanımları və şəhid övladları adından təbrik edir, işlərinizdə uğurlar arzulayıram.

Torpaqlarımızın azadlığı xalqımızın, o cümlədən şəhidlərin ailə üzvlərinin yarasına məlhəm oldu. İndi başımız uca, alnımız açıqdır.

Bir Qarabağ Fatehi kimi torpaqlarımızı işğaldan azad etməklə övladlarımızın qanını yerdə qoymadığınız üçün Sizə təşəkkür edirik.

Hörmətlə,

Sevinc Abbasova,

“Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” qeyri-hökumət təşkilatının təsisçisi, Naxçıvan Dövlət Universitetinin professoru

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.